Bunu ABŞ-ın Corc Vaşinqton Universitetinin Elliott Beynəlxalq Münasibətlər Məktəbinin elmi işçisi Sarvat Rauf deyib.
“Dağıdılmış yerləri, xüsusilə də bəzi məscidləri, dini məkanları görmək mənim üçün çox ağırdır. Düşünürəm ki, hətta müharibənin də normaları var. Odur ki, başqa dövlətlə münaqişədə diqqətli olmaq lazımdır. Burada baş vermiş hadisələr bir ölkənin digər ölkəyə real hərbi təcavüzünü nümayiş etdirir”, - deyə S.Rauf bildirib. (AZƏRTAC)