09.06.2025, 01:14
AZ EN
17.07.2023, 13:16 267

Sülhməramlılar vaxtından əvvəl ərazilərimizi tərk edə bilər

XƏBƏRLƏR
  • “Rusiya Xarici İşlər Nazirliyinin Qarabağla bağlı sonuncu və qəribə bəyanatı Kremldə post-Putin dövrü üçün hakimiyyət uğrunda mübarizənin başladığının daha bir sübutdur”.

“Vətən səsi” xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya Xarici İşlər Nazirliyinin Qarabağla bağlı şənbə günü yaydığı bəyanatı şərh edərkən deyib. O, deyib ki, Sergey Lavrovun rəhbərlik etdiyi nazirliyin qondarma “bəyanatında” 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmanın fundamental əsaslarının və prezident Putinin bununla bağlı bəyanatlarının açıq-aşkar təhrif xətti var: “Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin cavab bəyanatında xüsusilə vurğulanır”.

Tofiq Zülfüqarovun fikrincə, bu bəyanatdan belə məntiqi nəticə çıxır ki, ya Putin mövqeyini dəyişib, ya da Lavrov diplomatik “kazus”un tərkib hissəsi kimi xarici və daxili oyunçulara mesaj verir: “Yəni, o, “başına hakimiyyət tacının” qoyulacağı təqdirdə Türkiyə-Azərbaycan tandeminə qarşı çıxış edəcək. Lavrov hamdan yaxşı başa düşür ki, Ərdoğan-Putin qarşılıqlı fəaliyyətinin fundamental əsaslarından biri Cənubi Qafqaz və Ermənistan-Azərbaycan nizamlanması mövzusudur. Buna görə də, Lavrovun “nəzarəti altında hazırlanmış, hələ ki  sakit tonda olan bu mətn onu göstərir ki, o post-Putin dövrü üçün özfəaliyyətə başlayıb. Bu bəyanat da onun subutudur”.

Sabiq nazir deyib ki, Patruşev-Sallivan xətti üzrə təmaslar, az qala rəsmi olaraq Putinin ehtimal varisi adlandırılan gənc Patruşevin fəaliyyəti autsayderləri öz oyununa başlamağa məcbur edən qıcıqlandırıcı amil olub: “Biz hövsələli olmalı və özümüz üçün “imkan pəncərəsi”ni gözləməliyik. Düşünürəm ki, sülhməramlılar 10 noyabr Bəyanatında müəyyən edilmiş vaxtdan əvvəl ərazilərimizi tərk etməli olacaq”.

Elxan SALAHOV

Oxşar xəbərlər