Bu fikirlər Türkiyənin vitse-prezidenti Fuad Oktayın rəsmi tviter səhifəsində etdiyi paylaşımda əksini tapıb.
Vitse-prezident Fuad Oktay diqqətə çatdırıb ki, otuz il haqsız və hüquqsuz əsaslarla işğal altında saxlanılan ana vətən torpaqlarını azad etmək üçün bir mücadilə edən Can Azərbaycanın yanında olmaqda qərarlı şəkildə davam edəcəyik. Bölgədə davamlı sülh və sabitliyə kəskin ehtiyac olduğu bir vaxtda bütün beynəlxalq tərəfləri ədalətli, ehtiyatlı və hər şeydən əvvəl məsuliyyətli olmağa dəvət edirik. (AZƏRTAC)