Bunu Ağdam şəhərindəki Konfrans Mərkəzində keçirilən “Ağdamın dirçəlişi” adlı tədbirdə Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O bildirib ki, bununla yanaşı, hazırda 4 məktəb layihəsi həyata keçirilir. Tərtər rayonunun Suqovuşan tam orta məktəbində bərpa işləri yekunlaşmış, Talış kənd tam orta məktəbi və uşaq bağçası isə artıq istifadəyə verilmişdir. Ağdam şəhərində 2, Füzuli şəhərində isə 1 uşaq bağçası üzrə layihələndirmə işləri aparılır. (AZƏRTAC)