20.04.2024, 09:54
AZ EN
17.05.2022, 18:00 439

Rusiya XİN: "3+3" formatının ikinci iclasına hazırlıq görülür

XƏBƏRLƏR
  • "3+3" formatının ikinci iclasına hazırlıq görülür.

Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS agentliyinə müsahibəsində deyib.

O qeyd edib ki, regionun bütün ölkələrinin bu prosesə cəlb olunması dialoqun qurulmasına, ticarət, energetika, sənaye, innovativ texnologiyalar, infrastrukturun modernləşdirilməsi sahələrində qarşılıqlı səmərəli layihələrin icrası vasitəsilə İrəvanla Bakı, İrəvanla Ankara arasında dialoqun qurulması üçün əlverişli şərait yaradacaq.

"İndiki mərhələdə "3+3" formatının ikinci iclası üçün hazırlıq aparılır. Bu görüşü ilin birinci yarısının sonuna kimi keçirməyə ümid edirik. Nəqliyyat və iqtisadi əlaqələrin açılmasına gəldikdə, bununla Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin həmsədrliyi ilə müvafiq işçiq qrup məşğul olur. Bu istiqamətdə böyük işlər görülüb. Regionda konkret layihələrin reallaşdırılmasına imkan verəcək konkret nəticənin əldə olunması üçün çalışırıq", - A.Rudenko deyib. (Trend)

Oxşar xəbərlər