06.02.2026, 17:59
AZ EN
06.02.2026, 15:47 166

Azərbaycan XİN Pakistana başsağlığı verib

XƏBƏRLƏR
  • Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.

Bu barədə XİN-in sosial şəbəkə hesabında bildirilib.

“Biz İslamabadda məsciddə çox sayda insanın ölümü ilə nəticələnən faciəvi terror aktı ilə bağlı Pakistan İslam Respublikasının xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Biz müqəddəs məkanda ibadət edən insanları hədəf alan bu çirkin terrorçuluq və zorakılıq aktını şiddətlə qınayırıq. Qurbanlar və onların ailələri üçün dua edir, yaralıların tezliklə sağalmalarını arzulayırıq. Azərbaycan qardaş Pakistanla həmrəydir. Azərbaycan sülh və stabilliyə, eləcə də terrorçuluğun bütün formalarına qarşı mübarizəyə dəstəyini bir daha vurğulayır”, - başsağlığında deyilir.

Qeyd edək ki, bu gün Pakistanın paytaxtı İslamabadda cümə namazı zamanı baş vermiş partlayış nəticəsində ən azı 31 nəfər ölüb, 169 nəfər yaralanıb. (APA)

Oxşar xəbərlər