22.11.2024, 08:46
AZ EN
06.07.2023, 19:57 261

Ceyhun Bayramov: Nazirlər görüşü Azərbaycanın Qoşulmam Hərəkatına sədrliyi dövründə son böyük tədbirdir

XƏBƏRLƏR
  • Bildiyiniz kimi, iki gün ərzində Bakıda Qoşulmama Hərəkatına üzv dövlətlərin xarici işlər nazirlərinin görüşü keçirildi. Bu, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmiz tərəfindən keçirilən son böyük tədbirdir.

Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

O qeyd edib ki, tədbirin hazırlıq mərhələsi uzun müddət bundan əvvəl başlamışdı. "Bir neçə gün ərzində 120 ölkəyə aid böyük sənədlər paketinin hazırlanması mümkün deyildi. Nyu-Yorkda əlaqələndirici şəxslər, 120 ölkənin nümayəndələri tərəfindən mətn üzərində iki ay iş getmişdi. Sənədlərin 90 faizindən çoxu həmin müddətdə hazırlandı. Nazirlər iclasından iki gün əvvələdək bu proses davam etdi”, - deyə nazir əlavə edib.

Ölkəmizin sədrliyi ilə bağlı bütün sənədlər paketinin tam razılaşdırıldığını və Kampala sammiti üçün təqdim olunduğunu diqqətə çatdıran C.Bayramov deyib ki, əsas sənəd 1356 maddədən ibarətdir. Bundan başqa əlavə sənədlər qəbul olunub. ("AZERTAC")

Oxşar xəbərlər

SON XƏBƏRLƏR