Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsində çıxışı zamanı deyib.
O bildirib ki, məqsədlər hər zaman fərqli olur: "Bəziləri üçün bu müsabiqə əmək bazarının nəbzini tutmaq imkanıdır. Artıq yaxşı nəticələr var. Müsabiqənin qalibləri ən seçilmişlərdir. Təcrübə göstərir ki, ildən-ilə iştirakçıların sayı və keyfiyyəti artır".
E.Hüseynov Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq kontekstində hansı sahələrdə kadrlara ehtiyac olmasına da toxunub.
O söyləyib ki, 30 il ərzində dağıdılan, vandalizmə məruz qalan, tarixi-mədəni abidələrin yerlə yeksan edildiyi Qarabağa bu gün həyat yenidən qayıdır.
"Şəhər və kəndlər yenidən bərpa olunur. Orada aparılan yenidənqurma prosesləri heç bir ali təhsil müəssisəsində tədris olunmur. Bu, qeyri-standart situasiyadır. Bu vəziyyətdə necə qərar qəbul etməyi öyrənmək böyük üstünlükdür. Bizə də bu vəziyyətdə operativ, düzgün və kreativ qərar verə bilən kadrlar lazımdır. Ümid edirəm aranızdan belə kadrlar seçiləcək", - Prezidentin xüsusi nümayəndəsi vurğulayıb. (Report)