22.09.2024, 03:05
AZ EN
24.06.2023, 13:46 304

Qazaxıstanın səfiri: Laçının iqtisadi potensialı böyükdür

XƏBƏRLƏR
  • Biz bu gün səfirlər olaraq Azərbaycanın ən gözəl rayonlarından sayılan Laçına gəlmişik. Burada artıq tikinti-quruculuq və abadlıq işləri görülür. Biz Laçına - doğma yurdlarına qayıtmış sakinlərlə görüşdük. Rayonun həm təbiəti çox gözəldir, həm də iqtisadi potensialı böyükdür.

Bu sözləri iyunun 24-də Laçına səfər edən Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvlərindən biri – Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel jurnalistlərə müsahibəsində deyib.

“Ümid edirik ki, bölgəyə tezliklə sülh və inkişaf gələcək. Çünki bu, hər birimiz üçün çox önəmlidir”, - deyə səfir vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər