12.07.2025, 13:11
AZ EN
23.06.2023, 12:55 347

Xankəndidə sosial böhran dərinləşir – sadə ermənilərin ümidi Bakıyadır

XƏBƏRLƏR
  • Xankəndidə getdikcə ağırlaşan sosial-iqtisadi vəziyyət, su böhranı şəhərdə yaşayan ermənilərin müxtəlif ölkələrə, eləcə də Bakıya zəng etməsinə səbəb olur.

“Vətən səsi” Globalinfo.az-a istinadən xəbər verir ki, erməni sakinlər telefon əlaqəsi zamanı separatçı rejimin Qarabağda qoyduğu məhdudiyyətlərdən, çətin sosial vəziyyətdən, eləcə də su qıtlığından danışaraq kömək istəyiblər.

Separatçı rejimin oyuncaq “təhlükəsiz xidməti” isə bunu təhrif edərək, guya Azərbaycan kəşfiyyatının Xankəndidəki ermənilərə zəng etdiyini, oradakı sosial-iqtisadi vəziyyətlə maraqlandığını iddia edib. Reallıq isə bundan ibarətdir ki, rəsmi Bakı sülhməramlıların nəzarətində olan ərazilərdəki bütün məsələlərdən, həmçinin vəziyyətdən xəbərdardır. Hətta erməni mənbələri özləri etiraf etmişdilər ki, Azərbaycan qurumlarının əlində Qarabağdakı ermənilərlə bağlı dəqiq siyahı var.

Separatçı dəstə Xankəndidə hökm sürən çıxılmaz vəziyyətlə əlaqədar belə çağırışlar edərək, erməni əhalini təşvişdə saxlamağa çalışır. Buna baxmayaraq, Bakıya zəng edən ermənilərin bir qismi sülh tərəfdarı olduqlarını deyərək reinteqrasiya prosesinə razılıqlarını ifadə edirlər.

Oxşar xəbərlər