24.12.2024, 00:13
AZ EN
20.12.2022, 13:25 341

Ombudsman Xankəndi-Laçın yolu ilə bağlı qərəzli yanaşmalardan çəkinməyə çağırıb

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Xankəndi - Laçın yolu ətrafında dinc aksiyalara münasibət bildirib.

Ombudsman Aparatından verilən xəbərə görə, Ombudsman bildirib ki, Azərbaycanın vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələri tərəfindən Xankəndi-Laçın yolu ətrafında dinc aksiyalar 9-cu gündür ki, davam edir:

"Aksiyanın keçirilməsində məqsəd Azərbaycan ərazilərində Ermənistan tərəfindən təbii sərvətlərin qanunsuz istismarı, talan edilməsi və nəticədə həmin fəaliyyətlərin səbəb olduğu ətraf mühitin ciddi şəkildə çirkləndirilməsinin qarşısını almaqdır.

Qeyd edilməlidir ki, Azərbaycan öz öhdəliklərinə sadiqlik nümayiş etdirir və hər hansı zəruri ehtiyaclar yaranarsa, ölkəmiz öz ərazisində yaşayan erməni əsilli sakinlərə kömək göstərilməsinə hazır olduğunu da bəyan etmişdir. Bu yanaşmanı sübut edən təşəbbüslərdən biri də Azərbaycanın Qarabağ iqtisadi rayonunda humanitar yardımla bağlı ehtiyaclar üçün qaynar xəttin yaradılmasıdır.

Eyni zamanda, televiziya kanalları üzərindən müntəzəm birbaşa yayımlardan, habelə sosial şəbəkələr və mətbuatda yayılmış videolardan aşkar görünür ki, irəli sürülən iddialara baxmayaraq həmin yol açıqdır və ərazidə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları dəhliz boyunca təminat yükünü daşıyırlar. Belə ki, zəruri yüklərin çatdırılmasına, humanitar məqsədli sərbəst keçidə hər hansı maneə yoxdur. Sülhməramlıların ailə üzvlərinin bu yoldan keçidinə də imkan yaradılıb. Eləcə də, təcili tibbi yardım maşınlarının, habelə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəqliyyat vasitələrinin Xankəndi-Laçın yolu vasitəsilə sərbəst keçidinə şərait yaradılıb.

Ombudsman olaraq, qərəzli yanaşmalardan çəkinməyin zəruriliyini vurğulayaraq, bir daha xarici dövlətləri, beynəlxalq qurumları, xarici media və vətəndaş cəmiyyəti institutlarını həqiqəti əks etdirməyən məlumatları yayımlamaqdan çəkinməyə, Ermənistanın postmüharibə dövründə təxribatlar törətməklə davamlı olaraq sülhə zərbə vuran addımlarına münasibətdə də eyni həssaslığı nümayiş etdirməyə, bölgədə sülhün bərpasına dəstək verməyə, qarşılıqlı etibarın artırılmasına təşəbbüs göstərməyə çağırıram".

Oxşar xəbərlər