19.10.2024, 15:52
AZ EN
22.06.2023, 14:50 339

Kamran Əliyev: "Laçın Rayon Prokurorluğu tam heyətlə yeni binada fəaliyyətinə davam edəcək"

XƏBƏRLƏR
  • “Bu gün Laçın Rayon Prokurorluğunun inzibati binasının açılışını etdik. Hesab edirəm ki, bu, prokurorluğun tarixində çox mühüm hadisədir”.

Bu fikirləri Baş prokuror Kamran Əliyev Laçında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, prokurorluq orqanları Laçında rayon işğaldan azad olunduqdan sonra da fəaliyyət göstərirdi: "Amma bu gün Laçın Rayon Prokurorluğu tam heyətlə yeni binada fəaliyyətinə davam edəcək”.

K.Əliyev sözlərinə görə, Laçında həm Hərbi Prokurorluq, həm də mülki prokurorluq orqanları fəaliyyət göstərir: “Artıq Laçında mülki əhalinin sayının çox olması və eyni zamanda gündən-günə artması, quruculuq işlərinin aparılmasında mülki şəxslərin iştirakı burada prokurorluğun fəaliyyətini zəruri edir”. (Report)

Oxşar xəbərlər