21.11.2024, 20:26
AZ EN
15.09.2022, 15:00 367

Erik Qozlan: Emmanuel Makron birtərəfli mövqeyi ilə sülhə nail ola bilməz

XƏBƏRLƏR
  • Fransa Prezidenti Emmanuel Makron bir tərəfi dinləməklə böyük səhvə yol verir. Bununla o, Azərbaycanın yanında etibar və etimadı itirir. Həmçinin Ermənistanın yanında da etibarı itirəcək. Belə birtərəfli dinləmə həll yolu deyil. Belə davranış sülhə apara bilməz. Quruculuq işlərinə sərmayə yatıran bir ölkənin niyyəti müharibə yox, sülhdür.

Bu fikirləri Diplomatiya və Dialoq üzrə Beynəlxalq Şuranın direktoru və hökumət müşaviri Erik Qozlan söyləyib.

“Fransa BMT Təhlükəsizlik Şurasının sədridir, ancaq qəribə rol oynayır. Fransa Prezidenti E. Makron Ermənistanın Baş naziri ilə telefon danışığı aparırdıqdan sonra Azərbaycanın dövlət sərhədində törədilmiş təxribatla bağlı məsələni Fransanın sədrlik etdiyi BMT Təhlükəsizlik Şurasının gündəliyinə salacağını ictimailəşdirir. Bundan sonra Azərbaycan Prezidentinə zəng edib danışır. Halbuki o, mövqeyini ictimailəşdirməzdən əvvəl Azərbaycan Prezidentinə də zəng etməli, onu da dinləməli idi. O, hər iki tərəfin vəziyyətlə bağlı fikirlərini dinləməli, məlumatları sintez etməli sonra bu haqda danışmalı idi. Makron bir tərəfi dinləməklə, böyük səhvə yol verir, bununla o, Azərbaycanın yanında etibarı və etimadı itirir. Düşünürəm ki, Ermənistanın yanında da etibarı itirəcək. Bəlkə də Ermənistan Baş naziri onunla məsləhətləşmək üçün zəng edibmiş, ancaq o qarşı tərəfi dinləmədən məsələni Fransanın sədrlik etdiyi BMT Təhlükəsizlik Şurasının gündəliyinə salacağını ictimailəşdirir. Belə birtərəfli dinləmə ilə məsələ həll etmək olmaz. Belə davranış sülhə apara bilməz. Fransanın problemi budur”,- deyə E. Qozlan Fransanın nümayiş etdirdiyi qərəzli mövqeni belə izah edib. Azərbaycan işğal dövründə dağıdılmış infrastruktura böyük sərmayə yatırıb. Bu ölkənin niyyəti müharibə yox, sülhdür.

Bildirib ki, Fransada ekstremist erməni diasporu var. Hətta Ermənistan hökuməti erməni diasporasının nümayəndəsi məhz son dərəcə ekstremist olduğu üçün ölkəyə buraxmadı. Parisdə kabinetində rahat oturub “gənclər, müharibəyə gedin, özünüzü ölümə verin” demək çox asandır. Bəs bu diaspora üzvləri özləri və ya övladların müharibəyə göndərərmi? Əlbəttə yox. Ancaq “daha bəsdir, danışıqlarla həll etmək lazımdır, sülh lazımdır” deyən ermənilər də var.

“Azərbaycanda oldum, dünyəvi ölkədir, insanlar çox qonaqpərvərdir. Azərbaycanda ermənilərə qarşı mənfi münasibət və ya nifrət görmədim. Çox sayda qarışıq ailələr var”,-deyə E. Qozlan Azərbaycanın sülh niyyətinin şahidi olduğunu deyib.

E. Qozlan Ermənistanın Azərbaycanın dövlət sərhədində törətdiyi son təxribatla bağlı fransız mətbuatının qərəzliliyndən də söz açıb. Qeyd edib ki, mətbuat neytral olmalıdır. Ancaq Fransa mətbuatında yalnız erməni tərəfindən olan məlumatlar yayımlanır. Bu isə mətbuatın qərəzli yanaşmasıdır. (AZƏRTAC)

Oxşar xəbərlər