19.10.2024, 18:18
AZ EN
22.06.2023, 12:25 101

Ceyhun Bayramov və Ararat Mirzoyan gələn həftə görüşəcəklər

XƏBƏRLƏR
  • Bu gün Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə keçirilən iclasda 50-si məruzəsiz olmaqla 54 məsələyə baxılıb.

Bu barədə xəbər verən "Hraparak" əlavə edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü gələn həftə baş tutacaqdır. Baş nazir N.Paşinyan iclasda onu da deyib ki, Bakı ilə Xankəndi arasında ikitərəfli danışıqlar üçün beynəlxalq mexanizm axtarışı davam edir. Azərbaycan-Ermənistan münasibətləri barədə mövqe də dəyişməz qalır. Ədalətli sülh müqaviləsinin bağlanması üçün səylər davam etdirilir. Ermənistan nümayəndə heyətinin Vaşinqtona səfəri də məhz bu məqsədə xidmət edir  deyə o, digər məsələlərin də normal məcrada olduğunu açıqlayıb.

Nəsib

Oxşar xəbərlər