İcmadan verilən xəbərə görə, 10 dövlətdən (Almaniya, Avstriya, Azərbaycan, Italiya, Latviya, Niderland, Polşa, Rumıniya, Türkiyə Ukrayna) olan, AŞPA-nın 3 siyasi qrupu təmsil edən 31 üzvünün imzaladığı yazılı bəyannamə Avropa Şurası və beynəlxalq ictimaiyyəti Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu dəstəkləməyə və AŞPA məruzəçilərini bu məsələni öz gündəliyinə daxil etməyə çağırır.
Sənəddə Ermənistan hökumətindən öz doğma torpaqlarından qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə geri qayıdışının təmin edilməsi, onların təhlükəsizliyinin zəmanət altına alınması, beynəlxalq missiyaların bu prosesə kömək qismində göndərilməsinə razılıq verməsi tələb olunur.
Qərbi Azərbaycan İcması bu sənədi Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına dəstəyin artması istiqamətində mühüm addım hesab edir. (APA)