Qayıdış prosesinin həyata keçirilməsində beynəlxalq dəstəyin əhəmiyyətinə önəm verən İcma daha əvvəl BMT və onun ixtisaslaşmış qurumlarının bu prosesə yardım etməsi çağırışı ilə Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə müraciət etmişdi.
Görüş zamanı bir sıra mövzular, o cümlədən repatriasiya, reinteqrasiya, qaçqınların problemlərinin həlli, qarşıdan gələn Ümumdünya Qaçqınlar Günü ilə bağlı fikir mübadiləsi aparılıb.
Qərbi Azərbaycan İcması BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığını dünyada qaçqınların hüquqları və rifahını qorumaq öhdəliyinə sadiq qaldığına görə təqdir edir. (AZƏRTAC)