Bu gün Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.
"Bu gün Xarici İşlər Nazirliyində Rusiya Federasiyasının səfiri ilə keçirilən görüşdə Ermənistanın bu insidentlə bağlı kəskin narazılığı ifadə edilib. Xarici İşlər Nazirliyi vəziyyəti aydınlaşdırmaq üçün bütün lazımi tədbirləri görməyə çağırıb", - deyə Ermənistan XİN-in məlumatında bildirilir.
Təxribatın Ermənistan Silahlı Qüvvələri tərəfindən törədildiyini nəzərə alsaq, İrəvanın Rusiyaya qarşı ittihamı çaşqınlıq yaradır.
Xatırladaq ki, ötən gün 15 iyun 2023-cü il tarixdə, saat 08:45-də Ermənistan silahlı qüvvələri Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətini pulemyotla atəşə tutublar. Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb. Cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.("Trend")