09.06.2025, 11:45
AZ EN
13.06.2023, 17:25 337

Rektor: "Qarabağda bərpa işlərinin sürətlə davam etdirilməsi Azərbaycan iqtisadiyyatının gücündən xəbər verir"

XƏBƏRLƏR
  • "İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətlə davam etdirilməsi Azərbaycan iqtisadiyyatının nə qədər güclü olmasından xəbər verir".

Bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova “İşğaldan Azad Edilmiş Ərazilərin Ölkə İqtisadiyyatına Reinteqrasiyası: Hədəflər və İstiqamətlər” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfransda deyib.

O, hazırda azad olunmuş ərazilərdə yaşıl iqtisadiyyatın inkişafının sürətli şəkildə davam etdirildiyini söyləyib:

"Qarabağda gedən quruculuq işlərini görəndə illərin yaratdığı ağır təəssürat az da olsa unudulur. Bu gün azad olunmuş ərazilərdə ağıllı kənd layihələri və şəhərlərin salınması istiqamətində işlər gedir. Bu işlərin bu qədər sürətlə davam etməsi Azərbaycan iqtisadiyyatının nə qədər güclü olduğunu göstərir. Artıq Qarabağa qayıdış başlayıb. Bundan sonra da bu qayıdış daha sürətli və uğurlu formada aparılacaq". (Report)

Oxşar xəbərlər