25.04.2025, 13:39
AZ EN
08.06.2023, 19:00 256

XİN: Ermənistanın reinteqrasiya prosesinə maneçilik cəhdləri uğursuzluğa düçar olub

XƏBƏRLƏR
  • Ermənistanın reinteqrasiya prosesinə maneçilik cəhdləri uğursuzluğa düçar olub.

Bu barədə Azərbaycan XİN-in 8 iyun 2023-cü il tarixində Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclası zamanı səsləndirdiyi iddialara dair şərhində bildirilib.

"Azərbaycanın Laçın sərhəd buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinlərin Azərbaycan qanunvericiliyinə və müvafiq prosedurlara əməl etməklə hər iki istiqamətdə sərbəst şəkildə keçməsi bir daha göstərir ki, Ermənistanın reinteqrasiya prosesinə maneçilik cəhdləri uğursuzluğa düçar olub", - qeyd olunub. ("APA")

Oxşar xəbərlər