18.10.2024, 18:28
AZ EN
07.06.2023, 14:20 330

2026-cı ilin sonunadək Qarabağa 34 min 500 ailə köçürüləcək

XƏBƏRLƏR
  • "Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bərpa-quruculuq prosesi uğurla davam edir. Artıq 3 yaşayış məntəqəsinə bizim keçmiş məcburi köçkün soydaşlarımız köçüb, firavan yaşayır".

“Vətən səsi”  xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Şuşada jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Böyük Qayıdış üzrə Birinci Dövlət Proqramına əsasən, 2026-cı ilin sonunadək 34 min 500 ailənin işğaldan azad olunmuş ərazilərə köçürüləcək: “Bununla bağlı müxtəlif dövlət qurumları arasında, əməkdaşlıq şəraitində bütün məsələlər əlaqələndirmə qərargahı çərçivəsində əlaqələndirilir”.

Emin Hüseynov bildirib ki, məcburi köçkünlərin həsrətində olduqları doğma torpaqlarımıza qayıdışı, həm onların yaşayış şəraiti, həm də işlə təmin olunmaları Prezident İlham Əliyev tərəfindən qarşımıza qoyduğu əsas vəzifədir ki, bunun üzərində işlər davam edir.

Elxan Salahov

Oxşar xəbərlər