08.06.2025, 22:56
AZ EN
05.06.2023, 20:00 302

Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfər edəcək

XƏBƏRLƏR
  • Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfər edəcək.

Bu barədə Aİ-nin Xüsusi Nümayəndəsinin ofisindən məlumat verilib.

"Aİ-nin Xüsusi Nümayəndəsi, cənab Klaarın bu həftə ərzində həm Ermənistana, həm də Azərbaycana səfərləri gözlənilir. Bakı üçün hələlik dəqiq tarix təsdiqlənməyib, lakin bu səfər həftə ərzində, İrəvan səfərindən sonra olacaq", - məlumatda qeyd olunub. ("APA")

Oxşar xəbərlər