19.10.2024, 17:18
AZ EN
03.06.2023, 15:37 192

Vyanada “Azərbaycan və Ermənistan: münaqişədən sonrakı normalaşmaya doğru” mövzusunda müzakirələr aparılacaq

XƏBƏRLƏR
  • Avropa İttifaqı–Rusiya/MDB Qabaqcıl Tədqiqatlar və Müqayisəli Təhlil üzrə Beynəlxalq Mərkəzin (ICEUR) təşkilatçılığı ilə Avstriyanın paytaxtı Vyanada tədbir təşkil olunacaq. İyunun 5-7-də keçiriləcək tədbirdə “Azərbaycan və Ermənistan: münaqişədən sonrakı normalaşmaya doğru” mövzusunda müzakirələr aparılacaq.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, ölkəmizi bu tədbirdə Milli Məclisin Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəri Tural Gəncəliyev təmsil edəcək. (AZƏRTAC)

Oxşar xəbərlər