22.11.2024, 14:58
AZ EN
01.06.2023, 20:20 236

Ölkəmizin artan gücü və potensialı hər kəsin diqqətini çəkir

XƏBƏRLƏR
  • Prezident İlham Əliyevin “Avropa siyasi birliyi”nin növbəti Zirvə toplantısında iştirak etməsi ölkəmizin artan nüfuzundan xəbər verir. Avropa ölkələrinin Azərbaycanla əməkdaşlığa səy göstərməsi də bunun bir nümunəsidir. Şübhəsiz ki, bu gün dünyada mühüm transformasiyalar baş verir. Belə ki, ənənəvi təsir metodları, beynəlxalq hüququn fundamental norma və prinsipləri çox çətin dövrünü yaşayır. Yəni, dünya nizamının formalaşmasında müxtəlif geosiyasi aktorların rolu, çəkisi, geopolitik gücü və resursları nəzərə alınır. Azərbaycan da Vətən müharibəsi zamanı öz gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirdi.

Bu fikirləri açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov söyləyib.

O qeyd edib ki, Vətən müharibəsində qazanılan tarixi Qələbə ilə yanaşı, yeni geosiyasi reallıqlar da müxtəlif strateqlər, siyasi ekspertlər üçün xüsusi mahiyyət kəsb edir. Bu baxımdan Azərbaycan Prezidenti böyük nüfuza malikdir. Digər tərəfdən, ölkəmizin artan gücü və potensialı, təşəbbüskarlığı və müasir innovasiyalar əsasında dövlət idarəçiliyi modeli hər kəsin diqqətini çəkir.

Politoloq əlavə edib ki, Azərbaycanın artan gücü ilə yanaşı, geostrateji və geosiyasi əhəmiyyəti sayəsində biz öz milli maraqlarımızı bütün beynəlxalq platformalarda diktə edə bilirik.("AZERTAC")

Oxşar xəbərlər