26.07.2025, 11:52
AZ EN
10.11.2022, 16:30 596

ABŞ-ın Fairfax şəhər dairəsində “Dəmir Yumruq”, “Şuşa, sən Azadsan!” və “Biz” sənədli filmləri nümayiş etdirilib

XƏBƏRLƏR
  • ABŞ-ın Virciniya ştatının Fairfax şəhər dairəsində Azərbaycanın Zəfər Günü münasibətilə 3 sənədli film göstərilib.

Azərbaycan əsilli iş xanımı Sevda Tahirlinin rəhbərlik etdiyi “Baku Group”un təşkilatçılığı ilə parlaq qələbəmizə həsr olunan “Dəmir Yumruq”, "Şuşa, Sən Azadsan!" və "Biz" adlı sənədli filmlərin nümayişi “Cinema Arts Theatre” kinoteatrında baş tutub.

Kinoteatrın rəsmi saytında bildirilib ki, 8 Noyabr tarixində qeyd edilən Zəfər Günü Azərbaycanın dövlət bayramıdır. Zəfər Günü rəsmi olaraq Vətən müharibəsi kimi qeyd olunan 2020-ci il Qarabağ müharibəsində Azərbaycanın qələbə qazanması münasibətilə keçirilir.

Azərbaycan xalqı üçün böyük əhəmiyyət və rəmzi məna daşıyan Şuşa şəhərinin 28 illik işğadan sonra məhz 8 Noyabr tarixində azad edildiyinə diqqət cəlb edilib: “Qarabağın tacı olan Şuşa şəhərinin azad olunması Azərbaycan tarixində unukal hərbi əməliyyatlardan biri olub”. (diaspor.gov.az)

Oxşar xəbərlər