"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı diplomatik dairələrdəki mənbələrə istinadən məlumat yayıb. "News.am" yazır ki, Axurik zastavasında bilavasitə buraxılış məntəqəsinin təhvil verilməsi barədə qərar artıq qəbul edilib. Hətta həmin ərazidə bayraq dirəyi də quraşdırılıb.
Bununla belə, zastavada Rusiya sərhədçilərinin qalacağı deyilir. Bildirilir ki, hazırda Türkiyə istiqamətində dəmir yolu xəttinin vəziyyəti qiymətləndirilir.
Ermənistanın Rusiya sərhədçilərini haqqında danışılan nəzarət-buraxılış məntəqəsindən kənarlaşdırılmasını İrəvandakı digər mənbələr də təsdiqləyib. Qeyd edilib ki, Türkiyə tərəfi artıq Marqara keçid məntəqəsi bölgəsində tikinti işlərinə başlayıb. Bildirilir ki, Türkiyə tərəfdən tikintiyə başlanması və Axurikin istifadəyə verilməsi ehtimalı yaxın gələcəkdə sərhədin açılması niyyətinin ciddiliyindən xəbər verir.
Elxan SALAHOV