16.04.2025, 18:51
AZ EN
30.05.2023, 15:53 362

Ədalət Verdiyev: “Paşinyanın uzun müddət hakimiyyətdə qalmasını təmin etmək məqsədilə lokal toqquşmalar həyata keçirilir”

XƏBƏRLƏR

“Zaman-zaman kiçik lokal toqquşmalar yaratmaq, Ermənistanı sülh sazişi üzrə davam edən danışıqlar prosesini pozmaq, bununla da Paşinyanın uzun müddət hakimiyyətdə qalmasını təmin etmək məqsədilə həyata keçirilir”. Bunu hərbi ekspert Ədalət Verdiyev “Qafqaz” TV-yə açıqlamasında bildirib. O, qeyd edib ki,  Azərbaycan tərəfi öz təkliflərini artıq Ermənistana və Qarabağdakı separatçı rejimin rəhbərliyinə təqdim edib və bu təkliflər əvvəllər digər təkliflərdə olduğu kimi, müəyyən zaman məhdudiyyətinə malikdir: “Yəni müəyyən bir zamandan sonra bu təkliflər (ambisiya ilə bağlı təklifləri nəzərdə tuturam) təbii ki, masadan qaldırılacaq. Əgər bu təkliflər masadan qaldırıldıqdan sonra isə  Azərbaycanın daha sərt və  erməni tərəfinin anlaya biləcəyi bir dildə cavab verməsi də istisna deyil. Hər bir halda, düşünürəm ki, Azərbaycanın qantökmək, kimisə belə deyək, ərazidən zorla çıxarmaq niyyəti yoxdu, olmayıb, amma  mümkün olmadıqda bu yol da bizim üçün istisna deyil. Azərbaycanın təhlükəsizliyinə və suvernliyinə qarşı istənilən  silahlı mübarizə Azərbaycanı təbii ki,  buna adekvat bir cavab verməyə vadar eləyir. Hər bir ərazimizdə olan erməni silahlısı terrorçu kimi dəyərləndirilir və onların legitim hədəfi olaraq elan edilməsi bizim üçün heç bir problem təşkil etmir”,-deyə hərbi ekspert bildirib.

Qeyd edək ki, daha 15 insident Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni  erməni silahlı dəstələrinin  üzvləri tərəfindən ordumuzun Ağdam, Şuşa və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin atəşə tutulması ilə qeydə alınıb. Bölmələrimiz tərəfindən  qeyd olunan bütün istiqamətlərdə adekvat tədbirləri görülüb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər