Məlumatlarda görüşdən sonra keçirilən mətbuat konfransında Şarl Mişelin Azərbaycan və Ermənistan liderlərinin “Alma-Ata Bəyannaməsi”nə birmənalı sadiqliklərini təsdiqlədiklərini bildirdiyi qeyd olunub. Vurğulanıb ki, tərəflər, həmçinin sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımları müzakirə ediblər. Liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin bərpasına dair razılığa gəliblər.
Diqqətə çatdırılıb ki, sərhədlərin delimitasiyasının yekunlaşdırılması danışıqlar vasitəsilə baş tutacaq. ("AZERTAC")