08.09.2024, 06:04
AZ EN
16.05.2023, 22:00 225

Rumıniyalı parlamentari: Ölkəmiz Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verir

XƏBƏRLƏR
  • Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli mayın 16-da Rumıniya Deputatlar Palatasının sədr müavini Vasile-Daniel Suçun ilə görüşüb.

Fəzail İbrahimli bu il ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd edilməsindən danışaraq, onun Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi yolunda böyük əməyinin olduğunu vurğulayıb.

Ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən Milli Məclis sədrinin müavini bildirib ki, Rumıniya Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. O, Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlıq əlaqələrindən, xalqlarımızın mehriban dostluq münasibətlərindən bəhs edib.

Azərbaycana ilk dəfə səfər etdiyini söyləyən Rumıniya Deputatlar Palatası sədrinin müavini Vasile-Daniel Suçun ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verdiyini vurğulayıb.

Xalqlarımız arasındakı möhkəm dostluq münasibətlərindən məmnunluğunu ifadə edən qonaq Rumıniyanın Azərbaycanla dost münasibətindən, strateji tərəfdaşlığından, ölkələrimiz arasındakı əlaqələrin inkişaf perspektivlərindən danışıb, münasibətlərimizin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanlar olduğunu deyib.

Görüşdə, həmçinin ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişafı, gələcək əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.("AZERTAC")

Oxşar xəbərlər