Bunu Prezident İlham Əliyev Vahid Hacıyevi Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, azad edilmiş torpaqlarda aqroparkların sayı çox olacaq. İndi Cəbrayıl və Ağdam rayonlarında sənaye zonaları yaradılır.
“Hesab edirəm ki, Zəngilan rayonunda əsas məşğulluq və iqtisadiyyatın əsas hissələrindən biri də kənd təsərrüfatı olmalıdır. Çünki təbii iqlim çox əlverişlidir və yenə də “DOST Aqropark”ın timsalında biz azad edilmiş bütün torpaqlarda gələcəkdə yaradılacaq mənzərəni görməliyik”, - deyə Prezident İlham Əliyev qeyd edib.