22.11.2024, 21:12
AZ EN
02.05.2023, 12:37 308

Metyu Brayza: Heydər Əliyev Azərbaycanı ağır vəziyyətdən çıxarmağa nail oldu

XƏBƏRLƏR
  • Heydər Əliyev Azərbaycanı ağır vəziyyətdən çıxararaq ölkəni dirçəltməyə nail oldu.

Bunu ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bu gün ADA Universitetində keçirilən “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxaq konfransda çıxışında deyib.

Onun sözlərinə görə, bu forumun Heydər Əliyevin 100 illiyinə həsr olunması təsadüfi deyil və bu tədbir Azərbaycanın inkişaf yolunu anlamaq baxımından çox vacibdir.

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin strategiyası sayəsində həyata keçirilən irimiqyaslı layihələrdən danışan Brayza Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsini xüsusilə vurğulayıb.

ABŞ-nin keçmiş səfiri qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin yaradılmasında əsas ideya xarici tərəfdaşlar üçün neft tədarükü marşrutlarının diversifikasiyasının təmin edilməsi olub.

"BTC boru kəmərinin işə salınmasında məqsəd həmçinin Xəzər regionunun bir hissəsi olan Rusiyanın sıxışdırılaraq aradan çıxarılması deyil, potensial alıcılara neft tədarükü üzrə daha sərfəli kommersiya təkliflərinin təqdim olunması olub", - Brayza deyib. (Trend)

Oxşar xəbərlər