24.12.2024, 06:48
AZ EN
29.04.2023, 18:35 209

Prezidentin “Bir yumruq” ifadəsi ilə Azərbaycan və Türkiyənin daim birlikdə olduğu növbəti dəfə bəyan edildi

XƏBƏRLƏR
  • Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfəri çərçivəsində İstanbulda keçirilən “TEKNOFEST” festivalında iştirak etdi.

Dövlətimizin başçısı növbəti dəfə Türkiyədə olduğu üçün məmnunluğunu ifadə edərək, Rəcəb Tayyib Ərdoğanı da Azərbaycana səfərə dəvət etdi. Festivalda çıxış edən Prezident İlham Əliyev Azərbaycan-Türkiyə əlaqələrinə toxundu, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” tezisini xatırladaraq, “Bir yumuq” ifadəsini də ona əlavə etdi. “Bir yumruq” ifadəsi ilə iki ölkənin bütün sahələrdə birlikdə, bərabər olduğu növbəti dəfə bəyan edildi. Azərbaycan Prezidenti artıq ənənə halını almış “TEKNOFEST” festivalında bu il də iştirak etməklə iki dövlət arasında olan qarşılıqlı həmrəyliyi bütün dünyaya göstərdi.

Bu fikirləri açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri politoloq Samir Hümbətov söyləyib.

Politoloq qeyd edib ki, dövlətimizin başçısının Vətən müharibəsi dövründə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə dövlətinin Azərbaycana verdiyi dəstəyi dilə gətirməsi xüsusi önəm daşıyır. “Düşünürəm ki, Türkiyə xalqı R.T.Ərdoğanın ölkədə, həmçinin İslam və Türk dünyası qarşısında hansı xidmətlərinin olduğunu yaxşı görür. Türklər də anlayırlar ki, əgər başqa bir ölkənin rəhbəri Prezident Ərdoğan haqqında belə yüksək fikirlər söyləyirsə, demək Türkiyə Lideri həqiqətən də böyük işlər görən şəxsiyyətdir”.

S. Hümbətov bildirib ki, Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində xüsusilə fəallıq göstərən “Baykar” şirkətinə məxsus “Bayraktar TB2” pilotsuz aparatlarını təqdir etdi, PUA-ların önəmini diqqətə çatdırdı.

Nəzərə almaq lazımdır ki, “Baykar” şirkəti bir sıra sahələrdə böyük texnoloji yeniliklərə imza atıb. “Kızılelma”, “Altay”, “Togg” , “TCG Anadolu” Türkiyənin uğurlu layihələri kimi bu günün və gələcəyin texnologiyalarıdır.

Türkiyənin texnoloji imkanları Azərbaycan üçün də yeni fürsətlər yaradır və böyük əhəmiyyətə malikdir. Bu baxımdan da dövlətimizin başçısının Türkiyəyə səfəri iki ölkə arasında əlaqələrin ən yüksək səviyyəyə çıxmasına yol açır. Bundan əlavə, Azərbaycan Prezidentinin Şuşa Bəyannaməsinə toxunması regional və qlobal səviyyədə açıq mesaj idi.("AZERTAC")

Oxşar xəbərlər