Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin keçmiş müavini Devid Merkel Bakıda keçirilən "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, 25 ildir Azərbaycana gəlib-gedir və Xocalı soyqırımı ilə bağlı kifayət qədər məlumatlıdır: "Bu, Azərbaycan tarixində vacib andır. Burada şəxsi məqam da var - insanlar öz yaxınlarını itirib və onların taleyindən xəbərsizdirlər”.
O əlavə edib ki, ABŞ hələ də İkinci Dünya Müharibəsi zamanı həlak olanların taleyini müəyyən etməyə çalışır: “Perl Harbora hücum zamanı həlak olanların qalıqları üçün axtarış aparılır. Ümid edirəm ki, ABŞ digər dövlətlərlə birlikdə ölkələr arasında birbaşa dialoqun həyata keçirilməsinə köməklik göstərəcək”. (Report)