19.10.2024, 17:36
AZ EN
27.04.2023, 14:27 145

Fransa XİN başçısı: Sülh müqaviləsində itkin düşən şəxslər, qaçqınların geri qayıtması kimi məsələlərə cavablar tapılacaq

XƏBƏRLƏR
  • "Regionda jestlər göstərmək lazımdır, bu jestlər sülh prosesini qidalandıracaq".

Bunu Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O, Laçın yolu ilə bağlı ölkəsinin mövqeyinin Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əsaslandığını qeyd edərək, Azərbaycan və Fransanın beynəlxalq hüquqa hörmət etdiyini vurğulayıb.

“Təmaslarımızda da bildirmişik ki, sülh danışıqlarını ilhamlandırmaq, təşviq etmək istəyirik. Biz istəmirik ki, tərəflər, xalqlar əzab çəksin. Sülh prosesi qətiyyətə, iradəyə əsaslanmalıdır. İtkin düşən şəxslər, qaçqınların geri qayıtması kimi məsələlərə cavablar sülh müqaviləsində tapılacaq, - o deyib. (APA)

Oxşar xəbərlər