20.10.2024, 07:31
AZ EN
25.04.2023, 15:20 316

Musa Qasımlı: "Ermənistanın dövlət siyasətinin təməlində terror dayanır"

XƏBƏRLƏR
  • "Ermənistanla sərhəddə Həkəri çayı körpüsündə nəzarət-keçid məntəqəsinin yaradılması, dövlətimizin suveren hüququ olub, ötən əsrin 80-ci illərindən ərazilərmizə gətirilən terrorçuların, cinayətkar ünsürlərin, silah-sursatın qarşısının alınması, Azərbaycan qanunlarına tabe olub normal şəraitdə yaşamaq istəyən ermənilərin terrorçulardan canlarının qurtarmasına doğru addımdır". 

“Ölkə.Az” xəbər verir ki, bunu deputat Musa Qasımlı parlamentin plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycanda yaşayan hər bir şəxs, o cümlədən ermənilər dövlət qanunlarına tabe olub hamı kimi bərabər şəkildə yaşamalı, tabe olmayanlar köçüb istədikləri yerə getməli, qanunların tələblərini pozanlar qanun qarşısında cavab verməli, dövlət hakimiyyət orqanlarına qarşı silah işlədənlər isə yerindəcə məhv edilməlidir. 

Deputat sonra vurğulayıb: “Dumanlı hava şəraitində yolu azaraq Ermənistana keçən əsgərlərimizə işgəncələrin verilməsi, bu dövlətin siyasətinin mahiyyətini və erməni ünsürünün etnopsixologiyasını göstərir. Sübut edir ki, belə vəhşi hərəkətləri ilə Ermənistan müasir dünyaya uyuşmayan terrorçu dövlətdir”.

M.Qasımlı əlavə edib ki, bu barbarlığın ardınca İrəvanda ağır atletika üzrə Avropa çempionatı keçirilən zaman dövlət bayrağımızın yandırılması əvvəlcədən planlaşdırılmış bir addım olub, təkcə düşmənçilik hissinin deyil, eyni zamanda Azərbaycan qarşısında acizliyin, qorxaqlığın təzahürüdür: “Onların yandırdıqları Azərbaycan bayrağı cənab Prezidentin dediyi kimi, bir gün başlarının üstündə dalğalanacaq. Nəhayət, Osmanlıda terrorçuların həbsi gününü - 24 apreli tarixdə olmayan “erməni soyqırımı” kimi terror təşkilatları tərəfindən yaradılmış Ermənistanda və dünya erməniliyi tərəfindən qeyd edilməsi erməni qəbiləsinin uydurulmuş tarixlə yaşadığını, gözünün kor olduğunu göstərməklə yanaşı, sübut edir ki, bu dövlətin siyasətinin təməlində terror dayanır. Ermənilər ölənlərin sayını artıraraq 1 milyon 500 min nəfərə çatdırıblar. Onların ölüləri də artıb törəyirmi? Şərqi Anadoluda 1 milyon 500 min erməni yaşamadığı halda, bu qədər erməni necə ölə bilərdi? Ölənlərin toplu məzarlığı varmı? Birinci Dünya müharibəsi illərində cəmi təqribən 10 milyon nəfər adam ölüb, bunun 1 miyon 500 min nəfəri ermənidirsə, bəs başqa millətlər haradadır? Müharibə illərində bir neçə cəbhədə müharibə aparan Osmanlı hakimiyyətinin dövlət əleyhinə çıxanların yaşayış yerini ölkə daxilində daha təhlükəsiz yerə dəyişməsi, onların can və mal güvənliyini qorumaqdan ötrü jandarma və həkimlər ayırması “soyqırımı”dırsa, erməni terror təşkilatlarının, tarixi torpaqlarımızda süni şəkildə qurulmuş daşnak Ermənistanının, sovet Ermənistanının və Ermənistan Respublikasının millətimizə qarşı tarixi ardıcıllıqla Şərqi Anadoluda, Cənubi Azərbaycanda, İrəvan quberniyasında, Tiflis quberniyasının Borçalı qəzasında, indiki Azərbaycan Respublikasının müxtəlif yerlərində törətdikləri zorakılıqların, kütləvi qırğınların, deportasiyaların, soyqırımların adı nədir? Tarixi torpaqlarımız olan Ermənistan adlanan bir ərazinin azərbaycansızlaşdırılmasının, türksüzləşdirilməsinin və süni şəkildə erməniləşdirilməsinin adı nədir?  Məncə, cavab aydındır”, deyə millət vəkili vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər