22.11.2024, 04:34
AZ EN
19.04.2023, 16:12 211

New York Times: Ermənistan Rusiyaya Qərbin sanksiyalarından yayınmaqda köməklik göstərməyə davam edir

XƏBƏRLƏR
  • Ermənistan Rusiyaya Qərbin sanksiyalarından yayınmaqda köməklik göstərən ölkələr sırasındadır.

Bu barədə "New York Times" qəzetindəki məqalədə deyilir.

ABŞ və Aİ-nin yüksək vəzifəli məmurlarına istinad edən müəllifin sözlərinə görə, Ermənistandan Rusiyaya çip və digər elektron komponentlərin təkrar ixracında sıçrayış qeydə alınıb. Belə ki, Rusiyaya silah istehsalında həlledici əhəmiyyət daşıyan bu çiplərin səkkiz konkret növü tədarük olunur.

"ABŞ-nin Sənaye və Təhlükəsizlik Bürosunun möhürü olan sənədlərdən birində deyilir ki, 2022-ci ildə Ermənistan ABŞ-dən 2021-ci illə müqayisədə 515 faiz daha çox, Aİ-dən isə 212 faiz daha çox çip və prosessor idxal edib. Sonra isə Ermənistan 97 faiz eyni məhsulları Rusiyaya ixrac edib", - məqalədə deyilir.

Bundan əvvəl ABŞ-nin Ticarət Nazirliyi, Xəzinədarlıq Nazirliyi və Ədliyyə Nazirliyi olmaqla 3 nazirliyi tərəfindən Rusiyaya qarşı sanksiyalardan yayınmaq cəhdlərinin xüsusiyyətləri haqqında üçtərəfli bəyanat dərc olunub.

Sənədə əsasən, daha çox yayılmış taktikalardan biri məhdudiyyətlərdən qaçınmaq üçün kənar vasitəçi və ya məntəqələrdən istifadədir. Beləliklə, aydın olub ki, Qərbin sanksiyalarından yayınaraq malların Rusiya və ya Belorusiyaya qanunsuz yönləndirilməsində Ermənistandan istifadə olunur. (Trend)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR