21.11.2024, 16:13
AZ EN
17.02.2023, 15:30 240

Yeni nəşr: “Heydər Əliyev milli əqli mülkiyyət sisteminin müəllifi və yaradıcısıdır”

XƏBƏRLƏR
  • Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli Sərəncamına əsasən 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” çərçivəsində Əqli Mülkiyyət Agentliyi tərəfindən keçiriləcək tədbirlərin təqvim planı hazırlanıb.

Agentlikdən verilən məlumata görə, təqvim planına uyğun olaraq Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı silsilə tədbirlər nəzərdə tutulub. Ümummilli Lider Heydər Əliyev Azərbaycanımızın hərtərəfli inkişafına misilsiz töhfələr verib. Sənaye və kənd təsərrüfatının, ölkənin müdafiə qabiliyyətinin, elm, təhsil və mədəniyyətin, ümumiyyətlə, bütün sahələrin inkişafı bu dahi şəxsiyyətin daim diqqət mərkəzində olub.

Ulu Öndər dünyanın çox böyük dəyər verdiyi, nüfuzlu fəaliyyət sahələrindən hesab olunan əqli mülkiyyət sisteminin yaranmasında və inkişaf edib indiki səviyyəyə çatmasında uzaqgörənlik nümayiş etdirərək bu sahəyə xüsusi qayğı və diqqət göstərib. Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanovun təbirincə desək, “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müəllif-hüquq sisteminin yaradıcısı və əqli mülkiyyət sahəsinin inkişafında müstəsna xidmətləri olan şəxsiyyətdir”.

“Əqli Mülkiyyət Agentliyinin nəşr etdiyi “Heydər Əliyev Azərbaycanın əqli mülkiyyət sisteminin müəllifi və yaradıcısıdır” kitabında və digər çap məhsullarında Ulu Öndər haqqında yüzlərlə, minlərlə belə ziyalı sözünə, fikrinə rast gəlirik. Bu kitab müxtəlif illərdə müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş tədbirlərdə edilən çıxışlar əsasında hazırlanıb. 2023-cü il Heydər Əliyev ilidir. Agentlik olaraq Ümummilli Liderimizin həyat və fəaliyyətinin təbliğatı və bu sahənin inkişafına verdiyi töhfələrin ictimaiyyətə çatdırılması istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsini hədəfləmişik. Bu hədəflərdən biri də Agentliyin saytında (copat.gov.az) “Heydər Əliyev-100. Ziyalı sözü” rubrikası kimi nəzərdə tutulub. Rubrika ilin sonunadək davam edəcək”, - deyə məlumatda bildirilir. (AZƏRTAC)

Oxşar xəbərlər