Bir ucu rəsmi Moskvaya bağlanan “Kurunk” separatçı təşkilatı Heydər Əliyev baryerini aşa bilmir. Heydər Əliyev Moskvada olduğu dövrdə İrəvandan Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı fikirlər daha daxil olmur. Həm Kremldəki havadarlar, həm də erməni liderləri Heydər Əliyevin nüfuzundan çəkinirlər. Heydər Əliyev isə onların cəhdlərinin qarşısını almaqla, paralel olarq Naxçıvanı nnklav statusunu gözəl anlayaraq Naxçınanın avtomobil yolunun çəkilməsinə çalışır.
İctimai Televiziyanın hazırladığı video-sujetdə Heydər Əliyevin Zəngəzur dəhlizinin reallaşması üçün gördüyü nəhəng işlər barədə Heydər Əliyevin köməkçisi (1982-87-ci illər) Camal Camalov bildirib: “O, 1969-cu ildə Azərbaycanın birinci katibi olanda Ordubad-Mehri-Mincivan-Cəbrayıl-Füzuli avtomobil yolunun inşası istiqamətində böyük işlər görməyə başlamışdı. Yeni dəmir yolu fəaliyyət göstərirdi. Heydər Əliyev 1975-ci ildən başlayaraq, artıq avtomobil yolunun inşaşı ilə əlaqədar məsələləri həll edirdi. Başa düşürdü ki, bu çox mürəkkəb mıəsələdir, çünki ermənilər buna razılıq vermirdilər. Heydər Əliyevin müdafiə naziri Dmitri Ustinovla çox yaxşı münasibəti vardı.
1984-cü ildə Ustinovun 75 yaşı vardı. Belə başa düşürəm ki, Heydər Əliyevin tapşırığı ilə bizim dahi həmyerlimiz Tahir Salahov Dmitri Ustinovun portretini çəkmişdir. Əslində, Tahir Salahov portretçi-rəssam deyildi. Amma istisna olaraq, Ustinovun portretini yaratdı. Mən bu portreti görmüşəm. Heydər Əliyev bu portreti Ustinovun 75 illiyi münasibətilə ona şəxsən təqdim etmişdi. Bir ildən sonra Ustinov
vəfat etdi. Müdafiə naziri vəzifəsinə Sergey Leonidoviç Sokolov təyin olundu. 1986-cı ilin təxminən noyabr-dekabr ayları idi. Qəflətən qapı açıldı. S.L.Sokolov içəri daxil oldu. Onlar elə-belə gəlmirdilər, çünki bizdə hər həftənin əvvəlində iş planı tərtib olunurdu. Bu həftənin planında Sokolovla görüş nəzərdə tutlmamışdı. Heydər Əliyevin otağında müşavirə gedrirdi. Mən dedim ki, Sergey.Leonidoviç, Siz əyləşin, mən məruzə edim, indi müşavirə gedir. Heydər Əliyevin mühafizə əməkdaşları dərhal müdafiə nazirini müşahidə edən mühafizəçilərlə əlaqə yaratdılar. Sokolov dedi ki, bu qovluq Ustinovdan qalıb. Burada, hər ehtimala qarşı qoşunların cəld dislokasiyası məqsədilə Astaradan Sədərəyə qədər İran sərhədi boyunca salınacaq 4 zolaqlı avtomibil yolunun inşası ilə əlaqədar sənədlərdir. Azərbaycan tərəfi, Kamran Bağırov bütün sənədləri imzalayıb. Ermənistan isə bu sənədləri imzalamaq istəmir, yolun 43 km hissəsinin inşasına razılıq vermir. Bildiyiniz kimi, həmin dövrdə SSRİ Ali Sovetinin yaz və payız ssesiyaları keçirilirdi. Ali Sovetin yaz sssesiyasında Heydər Əliyev Dəmirçiyan və Abramyanı öz kabinetinə dəvət etdi. Həmin məsələ yenidən qaldırıldı. Onlar öz razılıqlarını bildirdilər, Nazirlər Sovetində həmin avtomolbil yolunun inşasına dair qərar qəbul edldi. Səhv etmirəmsə, yolun Mincivandan Nüvədiyədək uzanan torpaq hissəsində inşaat işləri artıq icra olunmuşdu. O, bu işi dövlət səviyyəsində, sakitcə həll etmək istəyirdi. Çünki ermənilərin bu məsələdə özlərini necə hiyləgər aparmalarından xəbərdar idi”.
Hazırladı: Tahirə AĞAMİRZƏ