Ermənistan prokurorluğu "Hayastan" fraksiyasının üzvü Mher Sahakyanın deputat toxunulmazlığının ləğv edilməsi üçün parlamentə müvafiq sənədlər təqdim etməyə hazırlaşır. Bu barədə xəbər yayan "Hraparak" media şirkətinin əməkdaşı əlavə edib ki, dövlət-hüquq məsələləri üzrə daimi komissiyasının qapalı iclasında deputat Vladimir Vartanyana qarşı fiziki güc tətbiq etdiyinə görə 72 saat polis məntəqəsində saxlandıqdan sonra mövcud qanuna əsasən sərbəst buraxılan M.Sahakyanın deputat toxunulmazlığı ləğv edildikdən sonra cinayət məsuliyyətinə cəlb ediləcəkdir.
Parlamentin aprelin 11-də keçiriləcək iclasında həmin deputatın toxunulmazlığının ləğvi məsələsi müzakirə olunacaq.
Nəsib