22.11.2024, 10:12
AZ EN
14.03.2023, 13:21 134

Paşinyan məxfiliyi pozdu

XƏBƏRLƏR

Bu gün keçirdiyi mətbuat konfransında bir neçə yeni açıqlama verən hayların baş naziri Nikol Paşinyan "Hraparak" ın müxbiri Karen Martirosyanın yazdığına ğörə həm də məxfi faktları açıqlaması ilə diqqəti cəlb edib. O jurnalist sualına cavab verərkən bildirib ki, Serj Sarkisyan kimi az savadlı adamlar uzun illər dövlətin başında olaraq silah alınması və digər məsələlərin həllində dövlət mənafeyinə uyğun olmayan işlərə cəlb ediliblər. "Bu ağılda olan adam (Serj Sarkisyan nəzərdə tutulur) Ermənistana necə rəhbər olub? Bilirsiniz söhbət nədən gedir? Deyirlər ki, 2018-ci ildən sonra  silah alınmayıb. Onlar kömək deyəndə nəyi nəzərdə tuturlar? Bəlkə, müftə silahları? Hayastan 2018-ci ildən bəri son 10 ildəkindən çox hərbi məhsullar satın alıb".

Müxbir hesab edir ki,baş nazir bəzi dövlətlərin Ermənistan dost yardımı olaraq verdiyi silah- sursatları " müftə silahlar" adlandırmaqla məxfiliyi pozub.

Xatırladaq ki,Hayastana təkcə şimal qonşumuz deyil,həm də cənubdakı qonşumuz vaxtaşırı  silah- sursat bağışlayıb.

Nəsib

Oxşar xəbərlər

SON XƏBƏRLƏR