19.10.2024, 14:28
AZ EN
01.03.2023, 17:47 257

Müxalifət Paşinyanı müqəssir hesab edir

XƏBƏRLƏR

Ermənilər 2008-ci martın 1-də etiraz aksiyasının onlarla iştirakçısının polis tərəfindən öldürülməsi ilə bağlı müxtəlif versiyalar irəli sürürlər. Hakimiyyət bu cinayəti o vaxtkı iqtidar, yəni Koçaryan və Sarkisyan tərəfindən verilən əmrlə bağlayırsa, müxalifət isə bunun təşkilində indiki baş nazir Nikol Paşinyanın məsuliyyət daşıdığını israrla vurğulayır. Ermənistan spikerinin sabiq müavini Eduard Şarmazanov özünün FB səhifəsində yazıb ki, həm 2008-ci il mart, həm də 2018-ci ildəki olaylarda müqəssir bilavasitə Nikol Paşinyandır. O  belə bir izah da əlavə edib ki, Paşinyan 2013-cü ildə də hakimiyyətə yiyələnməyə ciddi cəhd göstərirdi ki, "arsaxı" təhvil versin.

Əlavə edək ki, ermənilərin bu gün günortadan etibarən 1 martla bağlı qarşılıqlı  ittihamları davam edir.

Nəsib

 

Oxşar xəbərlər