02.08.2025, 16:29
AZ EN
01.08.2024, 09:00 379

Paşinyan kimi seçəcək?

XƏBƏRLƏR
  • "Hraparak"ın müxbiri Edik Andreasyan "Paşinyan uğrunda mübarizə gedir" başlıqlı məqaləsində Ermənistanda hökm sürən siyasi mühiti obyektiv təhlil etməyə cəhd göstərib və buna qismən nail olub.

O, yazır ki, indi dünyada çoxlarının tanıdığı V.Zelenskinin hansı mövqedə olduğu hamıya bəllidir və  kimin onun yanında olduğu da məlumdur. Ona görədə heç kəs onu öz tərəfinə çəkməyə cəhd etmir. O, dosta dostdur, düşmənə qarşı isə barışmaz mövqeyini davam etdirir. Amma Ermənistanın baş naziri hakimiyyətdə olduğu 6 il ərzində kiminlə dost olacağının hələ də fərqinə varmır.

Azərbaycanın və Türkiyənin Ermənistan üçün daim düşmən olduğunu xüsusi vurğulayan müəllif əlavə edib ki, bu düşmənçilik, bəlkə, nə vaxtsa aradan qalxacaq. Amma indiki durumda Ermənistanın Qərbə üz tutması çox təhlükəlidir. N.Paşinyan və onun komandası xüsusilə Fransaya rəğbəti ilə diqqəti cəlb edir. Rusiya rəsmiləri isə onun Qərbə meyllənməməsi üçün müəyyən addımlar atır.

Paşinyan uğrunda mübarizədə kimin qalib gələcəyini indidən deyə bilməyəcəyini xatırladan müxbir daha sonra əlavə edib ki, Qərblə əməkdaşlıq ya Paşinyanın hakimiyyətdən getməsinə, ya da ölkənin daha dərin böhrana düşməsinə gətirib çıxaracaq.

N.Qaramanlı

Oxşar xəbərlər