"Qarabağlılar düz iyirmi il Ermənistanda hakimiyyətdə oldular. Biznesmen deyildilər, amma müxtəlif hoqqalar nəticəsində milyarder olduqları hamıya bəllidir". Bunu ermənistanlı iş adamı Q.Çaturyan deyib.
O zünün və qardaşlarının biznesmen kimi pul qazandığını vurğulayaraq deyib: "44 günlük müharibədə hansı qarabağlı "Hayastan" fonduna pul keçirdi ki, müharibəyə kömək olsun. Bəlkə,var? Yoxdur, olmayıb. Amma mən, ailəm və qardaşlarım həmin fonda dəfələrlə milyonlarla dram köçürmüşük ki, qalib gələk. İndi onlar mənə türk deyir. Kimdir türk, o qarabağlılarmı, mənmi? Qarabağlı haylar indi də hər cür hoqqa çıxarırlar".
Qarabağlı hayları türk və psevdovətənpərvər adlandıran iş adamı Q.Çaturyan Türkiyə ilə münasibətlərin qurulmasının Ermənistan üçün faydalı olacağına əminliyini ifadə edib.
NƏSİB
P.S.Bu video çarxla bağlı yazılan şərhlərin çoxunda isə Qarabağ kökənli haylar "türk, alban" adlandırılır və onların dünyadakı haylar üçün yalnız problem yaşatdıqları vurğulanıb.