21.11.2024, 18:18
AZ EN
30.01.2023, 16:45 219

Ermənistan iqtidarı boşboğazlıq edir

XƏBƏRLƏR

"Hakimiyyət boş sözlər deməkdən başqa heç nəyə qadir deyil", - deyə Paşinyanı və komandasını yenə də səriştəsizlikdə qınayan sabiq deputat Arman Abovyan yanvarın 30-da "Hraparak" da yayılmış məqaləsində İranla bağlı bir neçə məqama da toxunub. O, qeyd edib ki, Ermənistanın müttəfiqi olan İranda hadisələr gözlənilmədən müharibəyə gətirib çıxara bilər. Bu isə Ermənistanın da daha çətin duruma düşməsinə, Azərbaycanla Türkiyənin Zəngəzuru tutmasına imkan yaradar. İrana görə ABŞ-ın da ermənilərə dəstək verə bilməyəcəyini proqnozlaşdıran A.Abovyan İsrailin yenə də Azərbaycanın yanında olacağına şübhə etmədiyini də vurğulayaraq hakimiyyətə məsləhət görür ki, heç olmasa bundan sonra boş danışıqlarla deyil, gələcək təhlükələrin qarşısının alınması barədə müvafiq tədbirlər görsün. Onun sətiraltı sözlərindən belə çıxır ki, necəki gec deyil ermənilər İranla münasibətlərə yenidən baxsın və ondan uzaqlaşsın. Bu isə bir daha deməyə əsas verir ki, müttəfiqini darda gündə atmaq ermənilərin mentalitetində ön sırada durur.

Nəsib

Oxşar xəbərlər