19.02.2026, 04:24
AZ EN
09.02.2026, 14:41 218

Papikyan: "Ermənistan Müdafiə Nazirliyi sərhəddə üç il ərzində görülən işlər barədə hesabat verəcək"

XƏBƏRLƏR
  • Ermənistan Müdafiə Nazirliyi fevralın 10-da son üç il ərzində həyata keçirilən genişmiqyaslı mühəndis-istehkam işlərinin bir hissəsini təqdim edəcək.

Bu barədə ölkənin müdafiə naziri Suren Papikyan sosial şəbəkədə məlumat verib.

"Son üç il ərzində sərhəddə görülən işlərin nəticələrini sizə təqdim etməyin vaxtıdır, xüsusilə istehkam işlərini - möhkəmləndirilmiş sahələri təqdim edəcəyik. Bütün bunlar daha əvvəl onları görmək istədiyini bildirmiş bəzi həmvətənlərimizə göstərilmişdi. Lakin indi biz bunu ictimaiyyətə təqdim etmək qərarına gəlmişik", - nazir videomüraciətində bildirib.

O qeyd edib ki, işlər iki ayrı videoçarx şəklində nümayiş etdiriləcək, videonun ikinci hissəsi çərşənbə günü ictimaiyyətə təqdim ediləcək. (Report)

Oxşar xəbərlər