03.02.2026, 15:14
AZ EN
03.02.2026, 13:19 108

Xudatyan: "Azərbaycan və Türkiyəyə gedən dəmir yolu hissələrində işlər Rusiya ilə birgə həyata keçiriləcək"

XƏBƏRLƏR
  • Azərbaycan və Türkiyəyə gedən dəmir yolu hissələrində bərpa işləri Rusiya tərəfi ilə birgə həyata keçiriləcək.

Bu barədə ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bəyanat verib.

"Ermənistan Rusiya ilə İcevan və Axurik istiqamətlərində dəmir yolu xətlərinin bərpası üzrə danışıqları davam etdirir. Bizdə belə anlayış var ki, göstərilən ərazilərdə bərpa işləri Rusiya tərəfi ilə birgə, yəni onun birbaşa iştirakı ilə aparılacaq", - o deyib.

Daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan "Cənubi Qafqaz Dəmiryolu" şirkətinə təcili qaydada Türkiyə və Azərbaycana gedən sərhəd dəmiryollarını bərpa etməyi tapşırıb. Onun sözlərinə görə, tapşırıq Yerasx (Araz) stansiyasından Azərbaycan (Naxçıvan) sərhədinə, habelə Axurik stansiyasından Türkiyə sərhədinə qədər olan hissələri əhatə edir.

Ermənistan ərazisində Razdan-İcevan-Qazax-Ağstafa (ilkin hesablamalara görə 318 milyon dollara başa gələcək), Yerasx-Horadiz (təxminən 61,5 milyon dollar) və Gümrü-Axuryan stansiyası (təxminən 8-9 milyon dollar) istiqamətlərində dəmir yolu xətlərinin bərpası planlaşdırılır. İlkin hesablamalara görə, İrəvan dəmiryol əlaqəsinin yalnız təmiri üçün təxminən 500 milyon dollar xərcləyəcək. (Report)

Oxşar xəbərlər