Bu barədə erməni KİV-ləri məlumat yayıb.
N.Paşinyan son illərdə Xidmətin kifayət qədər ciddi transformasiya və islahat prosesi keçirdiyini bildirib. O qeyd edib ki, Milli Təhlükəsizlik Xidmətinin gələcək inkişafı üçün strategiya layihəsi hazırlanıb və formalaşdırılıb.
Bildirilib ki, bu layihə yaxın zamanda müəyyən olunmuş qaydada qəbul ediləcək.
O, hökumət tərəfindən qəbul edilmiş strategiyanın da işin səmərəliliyinin daimi artırılmasında əhəmiyyətli rol oynadığını qeyd edib. Bu kontekstdə baş nazir Milli Təhlükəsizlik Xidmətinin diqqət yetirməli olduğu üç əsas funksiyanın əhəmiyyətini vurğulayıb: əks-kəşfiyyat, terrorizmə qarşı mübarizə və konstitusiya quruluşunun qorunması. (Report)