Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
"Vergi və rüsumları artırdılar, indi isə gediş haqqını qaldırırlar və insanların bir-birinin üstündə oturduğu "Qazel”ləri bizə qaytarırlar. Bizə əlil insanlar üçün uyğun olmayan mikroavtobuslar təklif edirlər. Bundan başqa, maşınların sayı az olacaq, bu isə o deməkdir ki, mikroavtobuslar böyük intervalla işləyəcək. Gediş-gəliş isə 700 drama ($1,78) başa gələcək", - etirazçılar bildiriblər.
Qeyd edək ki, dünən Kasax və Proşyan kəndinin sakinləri ilə hökumət nümayəndələri arasında görüş keçirilib və onlara hər iki kəndi İrəvanla birləşdirən iki marşrutun ləğv ediləcəyi bildirilib. (Report)