- "Hraparak" xəbər yayıb ki, baş nazir Nikol Paşinyanın əmri ilə nazirlər kabinetinin beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəliyinin beynəlxalq arbitraj və xarici ölkə məhkəmələrində Ermənistan respublikasının mənafeyini müdafiə idarəsinin rəisi Kristina Xanazadyan tutduğu vəzifədən azad edilib.
Agentlik hakimiyyətdəki etibarlı mənbəyinə istinadən əlavə edib ki, Kristina Bakıda məhkəməsi gedən hayların və Hayastanın mənafeyini müdafiə etmək üçün verilən tapşırıqların heç birini yerinə yetirmədiyinə görə vəzifəsi ilə vidalaşıb.
Nəsib