09.06.2025, 23:53
AZ EN
07.02.2025, 09:00 310

Parlament sədrini döyənin məhkəməsi olub

XƏBƏRLƏR
  • Dünən Ermənistan parlamentinin sabiq sədri, hazırda xarici işlər naziri Ararat Mirzoyanın döyülməsi ilə bağlı təqsirləndirilən Torğom Asatryanın məhkəməsi olub.

Bu barədə "Hraparak"a təqsirləndirilənin vəkili Ara Zakaryan məlumat verib. O, qapalı məhkəmənin gedişindən narazılığını bildirərək işə başqa hakimin sədrliyi ilə açıq baxılmasını tələb etsə də, alınmayıb.

Hraparak "xatırladıb ki, 2020-ci il noyabrın 9-dan 10-a keçən gecə baş nazir Nikol Paşinyan üçtərəfli bəyannaməyə imza atdıqdan sonra xeyli adam hökumət binasına yürüş edib, amma Nikol həmin vaxt sığınacaqda olduğuna görə onu tapa bilmədiklərindən parlamentin binasına hücum edilib. Parlamentin o vaxtkı sədri Ararat Mirzoyan döyüldükdən sonra xəstəxanaya yerləşdirilib. Növbəti gün isə olayla bağlı cinayət işi başlanıb. Öncə bir neçə şəxs həbs edilsə də sonra sərbəst buraxılıblar. T.Asatryan barədə isə cinayət işinin istintaqı hələ də davam edir. Dünənki məhkəmədə də o, özünü müqəssir hesab etmədiyini israrla təkrarlayıb.

Nəsib

Oxşar xəbərlər