04.02.2025, 19:53
AZ EN
04.02.2025, 16:45 60

Daha bir qadın yüksək vəzifəyə təyin edildi

XƏBƏRLƏR
  • "Hraparak" xəbər verib ki, respublika ədliyyə naziri Srpuhi Qalyanın əmri ilə Covinar Tadevosyan adlı hay qadın sözügedən nazirliyin cinayət- icra xidmətinin rəhbəri təyin edilib və bu, cəmiyyətdə narazılıqla qarşılanıb.

Ermənistanın tarixində belə məsul sahəyə ilk dəfə qadının məsul olduğunu xatırladan müxbir əlavə edib ki, Covinar Tadevosyanın heç bir hərbi rütbəsi və sözügedən sahədə təcrübəsi yoxdur. Onun bu vəzifəyə təyinatı ədliyyə naziri Srpuhi Qalyanla rəfiqəlik münasibətlərindən yaranır deyə müxbir əlavə edib ki, kişilərin çətinliklərlə, hətta məhbusların qiyamı ilə üzləşdiyi bu vəzifədə gənc qadın çətin uğur qazana bilsin.

Xatırladaq ki, Paşinyanın rəhbəri olduğu hakimiyyətdə nazirlərin yeddisi cavan qadındır və bu, daim narazılıqla qarşılanıb.

N.Qaramanlı

Oxşar xəbərlər